Avstraliyanın Yeni Cənubi Uels əyalətində bir cütlük köpək balığının qurbanı olub.
Medianews.az xəbər verir ki, insident noyabrın 27-də səhər saatlarında baş verib.
25 yaşlı qadın sahil yaxınlığında suda delfinləri çəkərək köpək balığı ona hücum edib. 26 yaşlı sevgilisi onun köməyinə gəlib və o da ağır yaralanıb.
Ətrafdakılar təcili yardım gələnə qədər zərərçəkənlərə kömək göstərib, xüsusən də kişinin ayağına turniket vurublar. Qadını xilas etmək mümkün olmayıb, sevgilisi isə ağır vəziyyətdə vertolyotla xəstəxanaya çatdırılıb.
Medianews.az