Noyabrın 29-na keçən gecə paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş vermiş ağır qəzaya yüksək sürətin səbəb olması müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şahidləri qəzanı törədən “VAZ 2107” markalı avtomobilin saatda 150-160 kilometr sürətlə hərəkət etdiyini bildiriblər.
Qəza nəticəsində “VAZ”ın sürücüsü 22 yaşlı Ələsgər Ələsgərov hadisə yerində ölüb.
Qeyd edək ki, Mirəli Yolçu oğlu Abbasov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə işıqforun yaşıl işığından keçib sola doğru manevr zamanı 2003-cü il təvəllüdlü Ələsgər Elxan oğlu Ələsgərovun sürdüyü “VAZ 2107” toqquşub. Nəticədə sürücü Ə. Ələsgərov hadisə yerində ölüb. Sərnişinlər - 2003-cü il təvəllüdlü Sevinc Şükür qızı Rəsulova və 2006-cı il təvəllüdlü Nəzrin Şükür qızı Rəsulova, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə ərazidəki müşahidə kamerası tərəfindən anbaan lentə alınıb.
Ələsgər Ələsgərovun və idarə etdiyi avtomobilin fotosunu təqdim edirik:
