Medianews.az
Dəhşətli hadisə: Oğlunun cəsədini
292 baxış

Dəhşətli hadisə: Oğlunun cəsədini ürəksiz qaytardılar

Avstraliyada anaya oğlunun cəsədi ürək orqan olmadan qaytarılıb.

Medianews.az xəbər verir ki, 23 yaşlı Bayron Haddounun cəsədi Bali adasındakı hovuzda tapılıb.

Cəsəd Balidən Avstraliyaya göndərilib və müayinə olunub. Daha sonra qurum mərhumun anasına oğlunun ürəyinin çıxarıldığı barədə məlumat verib. Qadın bildirib ki, onlar sadəcə olanları bilib-bilmədiklərini soruşmaq üçün zəng ediblər.

Yalnız bir neçə həftə sonra məhrumun ürəyi anasına verilib. Qadın, repatriasiya üçün əlavə 700 Avstraliya dolları xərcləyib. Ailənin əvvəlcədən “bütün cəsədin” geri qaytarılması üçün müraciətinə baxmayaraq, mərhumun orqanı Balidə məhkəmə-tibbi ekspertiza zamanı yaxınlarına xəbər vermədən çıxarılıb.

İndoneziyalı patoloq doktor Nola Marqaret Qunavanın sözlərinə görə, məhkəmə-tibbi ekspertiza yerli qanunlara əsasən orqan toplanması üçün ailənin razılığını tələb etmir. İlkin yarılma zamanı məlum olub ki, ölümə spirt və antidepresan birləşməsi səbəb olub. Bununla belə, Bayronun anası cinayətdən şübhələnir. O qeyd edir ki, gənc oğlanın boyu 178 santimetr, hovuzun dərinliyi isə cəmi 150 santimetr olub.

İstintaq davam edir.

Medianews.az

Bizə qoşulun