Rusiyada 14 yaşlı qız dərs zamanı qadın müəllimin boynuna dırnaq qayçı ilə xəsarət yetirib.
Medianews.az xəbər verir ki, hadisə Çelyabinsk vilayətində baş verib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 293-cü (“Səhlənkarlıq”) və 115-ci (“Qəsdən sağlamlığa az ağır zərər vurma”) maddələri ilə cinayət işi açılıb.
Müstəntiqlər hadisənin bütün hallarını müəyyən etmək üçün lazımi tədbirləri görürlər. Məhkəmə-tibbi ekspertizası da təyin edilib. Təhsil müəssisəsinin rəhbərliyinin hərəkətlərinə hüquqi baxılacaq.
Medianews.az