Medianews.az
Dəbilqəsi başına bəla oldu - Olimpiadadan kənarlaşdırıldı - FOTO
75 baxış

Dəbilqəsi başına bəla oldu - Olimpiadadan kənarlaşdırıldı - FOTO

2026 Milan-Kortina Qış Olimpiya Oyunlarında mübarizə aparan ukraynalı skeletonçu Vladislav Heraskeviç Rusiya-Ukrayna müharibəsində həlak olan idmançıların fotoları əks olunmuş dəbilqə ilə yarışdığı üçün diskalifikasiya edilib. İdmançının atası və eyni zamanda məşqçisi olan Mixail Heraskeviç qərardan sonra göz yaşlarını saxlaya bilməyib.

Milli.Az xəbər verir ki, 27 yaşlı Vladislav Heraskeviç həm məşqlərdə, həm də rəsmi hazırlıq mərhələlərində üzərində müharibə qurbanlarının şəkilləri olan xüsusi kaskdan istifadə edib. Beynəlxalq Olimpiya Komitəsi (BOK) bu kaskın olimpiya qaydalarına (siyasi simvolların qadağan olunması) zidd olduğunu bildirib.

BOK rəsmiləri, o cümlədən komitənin sədri Kirsti Koventri idmançını kaskı dəyişməyə razı salmağa çalışsa da, Heraskeviç bundan qəti şəkildə imtina edib.

BOK-un açıqlaması: "Biz cənab Heraskeviçin yarışmasını çox istəyirdik. Onun həlak olan dostlarını anma arzusuna hörmətlə yanaşaraq, bunu qaydalar çərçivəsində necə edə biləcəyimizi müzakirə etdik, lakin o, heç bir güzəştə razı olmadı."

Yarışlardan kənarlaşdırılan idmançı sosial media hesabında qərara sərt reaksiya verib. O, öz seçimini "Bu, bizim şərəfimizin əvəzidir" ifadəsi ilə müdafiə edərək, prinsiplərindən dönməyəcəyini vurğulayıb. 

Bizə qoşulun