Medianews.az
Dayə çalışdığı evdən 60 min manatlıq oğurluq elədi, saxlanıldı -
44 baxış

Dayə çalışdığı evdən 60 min manatlıq oğurluq elədi, saxlanıldı - VİDEO

Dayə kimi çalışdığı evdən 60 min manatlıq qızıl oğurlayan şəxsi polis saxlayıb.

Paytaxtın Xətai rayonunda talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək evindən 60 000 manat dəyərində qızıl-zinət əşyasının qeyri-aşkar şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Mənşurə Əliyeva müəyyən olunaraq tutulub. Araşdırmalarla həmin şəxsin dayə kimi çalışdığı evdən son 3 ay ərzində hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı məlum olub.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.

Bizə qoşulun