Medianews.az
Daniel Driskollun Kiyevə səfərinin
350 baxış

Daniel Driskollun Kiyevə səfərinin məqsədi bu imiş

ABŞ hərbi naziri Daniel Driskoll ABŞ prezidenti Donald Tramp tərəfindən Ukrayna münaqişəsinin həlli planını təqdim etmək üçün Ukraynaya göndərilib.

Medianews.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.  

Nəşrdə bildirilir ki, Driskoll, ordunun qərargah rəisi general Rendi Corc və Avropadakı  general Kristofer Donahue ilə birlikdə planı ukraynalılarla müzakirə etmək üçün bu həftə tələsik Kiyevə göndərilib.

Kiyevdəki görüşlərdən sonra Driskoll ABŞ-ın NATO üzrə müttəfiqləri ilə bir sıra brifinqlər keçirərək , onları sülh planı və Vaşinqtonun nizamlanma perspektivlərinə dair fikirləri barədə məlumatlandıracaq.

Medianews.az

Bizə qoşulun