Medianews.az
Daha bir futbolçu "Qarabağ"ı
126 baxış

Daha bir futbolçu "Qarabağ"ı tərk edə bilər

"Qarabağ"da yanvar ayında ayrılıqlar yaşana bilər.

Offsideplus.az xəbər verir ki, namizədlərdən biri də Marko Yankoviçdir. 

Monteneqrolu yarımmüdafiəçi ilə Yunanıstan nəhəngləri - "Olimpiakos" və "Panatinakos", eyni zamanda Zaqreb "Dinamo"su yaxından maraqlanır.

Markoya olan maraq artıq yaydan bəri var. Lakin o zaman bu keçid baş tutmamışdı.

30 yaşlı futbolçunun "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayında bitir.

O, cari mövsüm 20 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizə qoşulun