Çinin Şençjen şəhərində əmək mübahisələrinə baxılması üçün ölkənin ilk süni intellekt əsaslı məhkəmə sistemi rəsmi olaraq fəaliyyətə başlayıb.
Musavat.com xəbər verir ki, yenilik hakimlərin sənədləri 50 faiz daha sürətlə oxumasına imkan verib və işlərin icraat müddətini demək olar ki, yarıbayarı azaldıb.
Məlumata görə, sistemin alqoritmləri son on ildən artıq müddətdə formalaşmış 111 növ əmək mübahisəsi üzrə qərar praktikasını özündə cəmləyib. Bu da Aİ-yə işlərin mahiyyətini daha tez qiymətləndirməyə və hakimlərə operativ tövsiyələr verməyə imkan yaradır.