Çin ABŞ-ni nüvə tərksilahı məsələsində ikiüzlülükdə ittiham edib.
Medianews.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Pentaqonun hesabatında Çinin Monqolustan sərhədi yaxınlığında qitələrarası raketlər yerləşdirdiyi ehtimalının aşkarlanmasından sonra Pekinin Vaşinqtonu nüvə tərksilahı öhdəliklərini yerinə yetirməyə çağırdığı dəqiqləşdirilib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, ən böyük nüvə arsenalına malik supergüc olaraq, ABŞ ilk növbədə nüvə tərksilahına dair xüsusi və əsas məsuliyyətini yerinə yetirməlidir.
Medianews.az