Yaponiyada yaşayan 32 yaşlı Yurina Noguchi süni intellekt vasitəsilə yaratdığı virtual partnyoru ilə toy mərasimi keçirib.
Milli.Az xəbər verir ki, mərasim 27 oktyabr 2025-ci ildə Okayama şəhərində baş tutub.
Noguchi video oyun personajı əsasında "ChatGPT" vasitəsilə yaratdığı Lune Klaus Verdure adlı süni intellektlə evlənib. Toy zamanı üzük üçün artırılmış reallıq eynəklərindən istifadə olunub, bəy isə telefon ekranında görüntülənib.
Xəbəri yayan "Reuters" agentliyinin məlumatına görə, mərasim cəmiyyətdə süni intellektlə münasibətlərin etik sərhədləri ilə bağlı geniş müzakirələrə səbəb olub. Mütəxəssislər bu cür münasibətlərin real insan əlaqələrinə təsiri barədə xəbərdarlıq edirlər.


