"İrandan Azərbaycana dron hücumu baş verəndən dərhal sonra Azərbaycan tərəfinin reaksiyası olub. Bundan sonra İran tərəfi ilə çoxsaylı təmaslar həyata keçirilib".
Bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov İranın Naxçıvana dron hücumunu şərh edərkən deyib.
"İran prezidenti tərəfindən cənab Prezidentə bu məsələ ilə bağlı zəng olub, o cümlədən mənim bir neçə dəfə İran xarici işlər naziri Abbas Əraqçı ilə telefon danışıqlarım olub. İran tərəfinin yanaşması bundan ibarətdir ki, dronlar İran tərəfindən atılmayıb, başqa ölkələrin təxribatı həyata keçirilib və onlar bu məsələnin ciddi şəkildə araşdırılması barədə Azərbaycana vəd veriblər", - deyə nazir əlavə edib./oxu.az