Medianews.az
Çexiyanın yeni hökuməti
58 baxış

Çexiyanın yeni hökuməti təsdiq olunub

Çexiya Prezidenti Petr Pavel Baş nazir Andrey Babişin rəhbərlik edəcəyi koalisiya hökumətini təyin edib.

Oxu.Az xəbər verir ki, bu barədə yerli "CTK" agentliyi məlumat yayıb.

Məlumata görə, Çexiyada oktyabr ayında keçirilən parlament seçkisində Babişin rəhbərlik etdiyi "ANO" siyasi təşkilatı qələbə qazanıb.

Yeni baş nazirin rəhbərlik etdiyi təşkilat "SPD" və "Motorist" adlı siyasi hərəkatlarının nümayəndələri ilə birgə hökuməti formalaşdıracaq. Bu siyasi qüvvələr parlamentdə 200 yerdən 108-nə sahibdirlər.

"ANO" hökumətdə 16 mühüm vəzifədə təmsil olunacaq. "SPD" üç, "Motorist" isə dörd posta yiyələnib.

Baş nazirin sözlərinə görə, yeni kabinet dərhal işə başlayacaq. Dekabrın 15-də bütün nazirlər rəhbərlik etdikləri qurumlarda vəzifələrinə yerləşdiriliblər.

Bizə qoşulun