Medianews.az
Cərrah müğənnini tamam dəyişdi –
114 baxış

Cərrah müğənnini tamam dəyişdi – FOTO

Məşhur müğənni Petek Dinçözün 8 ay əvvəl keçirdiyi üz gəncləşdirmə əməliyyatından sonrakı görüntüsü sosial mediada maraq doğurub.

Musavat.com xəbər verir ki, plastik cərrah Hayati Akbaşın şəxsi sosial şəbəkə hesabında paylaşdığı foto çoxsaylı bəyənmə alıb.

PETEK.jpg (171 KB)

Dinçöz paylaşım barədə belə açıqlama verib:

“Estetik əməliyyatdan 8 ay keçib. Özümü çox xoşbəxt hiss edirəm. Qidalanmama diqqət edirəm, idmanla məşğul oluram və buna görə də arıq qalıram. Arıqlıq dərinin boşalmasına səbəb ola bilər, amma bu, yaşla bağlı deyil. Professor Hayati Akbaşa illərə dayanan dostluğumuz və ona olan etibarım sayəsində müraciət etdim. Kiçik toxunuşlarla çox məmnun qaldım”.

Bizə qoşulun