Medianews.az
"Çelsi" və "Mançester Yunayted" Braziliya yığmasının üzvünü
40 baxış

"Çelsi" və "Mançester Yunayted" Braziliya yığmasının üzvünü transfer etmək niyyətindədirlər

İngiltərənin "Çelsi" və "Mançester Yunayted" klubları Braziliya təmsilçisi "Qremio"nun müdafiəçisi Luis Eduardonu transfer etmək istəyirlər.

"Report"un AS-a istinadən məlumatına görə, klublar Braziliyanın gənclərdən ibarət millisinin üzvü ilə artıq danışıqlara başlayıb və yaxın həftələrdə rəsmi təklif irəli sürmək niyyətindədirlər.

Qeyd edək ki, 17 yaşlı futbolçunun "Qremio" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Müqaviləyə əsasən futbolçunu almaq istəyən klub 60 milyon avro ödəməlidir.

Bizə qoşulun