Noyabrın 18-də Azərbaycan Kinematoqrafçılar İttifaqının feysbuk səhifəsində Cəfər Cabbarlının onun adını daşıyan "Azərbaycanfilm" kinostudiyasının həyətində yerləşən heykəli ilə bağlı paylaşım edilib.
Medianews.az-ın məlumatına görə, paylaşımda deyilir:
“Cəfər Cabbarlının heykəlinə belə münasibətin məsuliyyəti kimdədir? Heykəltəraş Kamal Ələkbərovun müəllifi olduğu, "Azərbaycanfilm"in həyətində yerləşən heykələ belə münasibət təkcə dahi dramaturqun ruhuna yox, həm də kinomuza olan münasibətdir. Məlumata görə, kinostudiyanın əvvəlki rəhbərliyi mütəxəssis cəlb etmiş və bərpa işlərinin smetasını aidiyyəti orqana təqdim etmişdir. Studiya təsərrüfat hesablı olduğundan aidiyyəti orqan bərpaya vəsait ayırmamışdır”.
Paylaşıma heykəlin fotoşəkilləri də əlavə edilib.
