Medianews.az
Canlı yayımda sərxoş vəziyyətdə çıxan müxbir xaosa səbəb oldu -
70 baxış

Canlı yayımda sərxoş vəziyyətdə çıxan müxbir xaosa səbəb oldu - VİDEO

Milano Kortina Qış Olimpiya Oyunlarını işıqlandıran avstraliyalı jurnalist canlı yayım zamanı davranışları ilə beynəlxalq mediada gündəmə gəlib.

Medianews.az xəbər verir ki, avstraliyalı müxbir Danika Mason soyuq hava şəraitində efirə çıxarkən nitqində dolaşıqlıq və nizamsız davranışları ilə diqqət çəkib.

Canlı yayım zamanı o, operatorunu “donmuş iquana” ilə müqayisə edib. Daha sonra qarın üzərinə uzanaraq “qar mələyi” jesti etməsi sosial şəbəkələrdə sürətlə yayılıb.

Hadisədən sonra sosial mediada geniş müzakirələr başlayıb. Bir çox istifadəçi jurnalistin efir etikası ilə bağlı iradlar səsləndirib.

Meyson daha sonra məsələ ilə bağlı açıqlama verərək yayımdan əvvəl spirtli içki qəbul etdiyini etiraf edib. O, izləyicilərdən üzr istəyib.

Hadisə media mühitində canlı yayım məsuliyyəti və peşə etikası mövzusunu yenidən gündəmə gətirib.

Medianews.az

Bizə qoşulun