Medianews.az
"Cadunun təsiri ilə" söyüş söyən tiktoker
66 baxış

"Cadunun təsiri ilə" söyüş söyən tiktoker HƏBS OLUNDU

Sosial şəbəkədə söyüş söyən daha bir tiktoker həbs olunub.

Medianews.az-ın məlumatına görə, 34 yaşlı rayon sakini Qismət Allahverdiyev tiktok sosial şəbəkəsində paylaşdığı videoda nalayiq ifadələr səsləndirdiyi üçün saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Qismət Allahverdiyev ifadəsində bildirib ki, söyüş söyməsinə səbəb söydüyü adamların ona cadu etməsidir. Onun sözlərinə görə, nalayiq ifadələr səsləndirdiyi vaxt cadunun təsirində olur. Cadunun təsirindən ayılandan sonra peşman olub paylaşımı silir. O, əməlindən peşman olduğunu və barəsində cərimə cəzası verilməsini istəyib.

Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə həbs edilib.

Bizə qoşulun