Medianews.az
“Buraya adam da düşə bilər, maşın da...” -
69 baxış

“Buraya adam da düşə bilər, maşın da...” - Rəsmi açıqlama

Bakı şəhəri, Yasamal rayonu Akim Abbasov küçəsi 119 ünvanında yerləşən yolda çökmə olub.

Çökmə nəticəsində yolda çuxur yaranıb.

Yaranan çuxur sakinlərin narahatlığına səbəb olub. Onlar bildiriblər ki, sözügedən yolda hər hansısa bir hadisə baş versə, ölümlə nəticələnə bilər: “Bu çuxura adam da düşə bilər, maşın da. Həmin hissə çat verib. Dünən AYNA-ya zəng edib bildirmişəm, buraya yol nişanı qoyulsa yaxşı olar”. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.

Qurumdan bildirdilər ki, AAYDA-nın əməkdaşları hazırda çökmə baş verən ərazidədirlər: “Məsələni araşdırmaq üçün qazıntı işləri gedir. Sözügedən ərazidə bərpa işləri aparılır. Həmin nöqtəyə haradansa su sızıb, torpağın yuyulması ilə də çuxur əmələ gəlib”./Qafqazinfo.az/

Bizə qoşulun