Türk musiqisinin “Diva”sı Bülent Ersoy Kayseridə verdiyi konsertdə gərgin anlar yaşadıb.
Medianews.az xəbər verir ki, məşhur sənətçi mahnı oxuduğu anda naməlum səbəbdən əsəbiləşərək əvvəlcə mikrofonu, daha sonra masadakı stəkanları yerə atıb.
Hadisədən sonra Ersoy səhnəyə çağırdığı şəxsi sərt şəkildə danlayıb. Sənətçinin barmaq silkələyərək qışqırdığı anlar sosial şəbəkələrdə geniş müzakirə olunub.
Medianews.az