Bağırsağın fəaliyyətini yaxşılaşdırmaq istəyənlərin pəhrizinə daxil edə biləcəyi qidalar və içkilər var. Bu yolla həm sağlam həyat tərzi keçirmək, həm də qəbizlik problemindən xials olmaq mümkündür.
Medianews.az xəbər verir ki, elm adamları qəbizliyi sərt nəcis və ya defekasiyada çətinlik kimi təyin edirlər. UCLA-nın qastroenterologiya professoru Dr.Lin Çanqın fikrincə, insan qəbizlikdən əziyyət çəkirsə və bu hal üç ay və ya daha çox davam edirsə, yəni bağırsaq hərəkətlərində əhəmiyyətli dəyişiklik varsa, mütləq həkimə müraciət etməlidir.
Ancaq vəziyyət o qədər də kəskin xarakter almayıbsa, sadəcə bağırsaqlarınızın funksiyasını bir az daha yaxşılaşdırmaq istəyirsinizsə, o zaman pəhrizinizə daxil edə biləcəyiniz bəzi qidalar və içkilər var.
Həkim Lin Çanq həmin qida və içkilər vasitəsilə daha sağlam həyat tərzi keçirməyin mümkün olduğunu bildrib.
Siyahını təqdim edirik:
- Alma
- Kivi
- Quru ərik
- Kələm
- Yulaf əzməsi
- Qəhvə