Medianews.az
Bu müğənninin işi-gücü pullu kişiləri soymaqdır -
71 baxış

Bu müğənninin işi-gücü pullu kişiləri soymaqdır - FOTO

Ebru Gündəş Türkiyədə çox məşhur olan beş-altı müğənnidən biridir. O qədər populyardır ki, Türkiyənin sərhədlərindən kənarda da tanınır. Azərbaycanda da Ebrunun adını eşitməyən, mahnısını dinləməyən adam tapmaq çətindir.

Metbuat.az xəbər verir ki, Ebru Gündəş 12 oktyabr 1974-cü ildə İstanbulda anadan olub. Uşaq olarkən valideynləri boşandığı üçün təlatümlü həyat yaşayıb. Uşaqlıq illəri İstanbulla Ankaranın arasında keçib.

Ebru bir qohumunun tövsiyəsi ilə müğənnilik etməyə başlayıb. 1993-cü ildə buraxdığı “Tanrı misafiri” adlı albomu qısa müddət ərzində onu məşhurlaşdırıb. Albom az vaxtda 1 milyondan çox satılıb. Həmin gündən də bəxt Ebrunun üzünə gülüb, ulduzu parlayıb, pul başından yağış kimi tökülüb.

Ebru digər xanım müğənnilərdən evliliyə xüsusi həvəs göstərməsi ilə seçilir. 51 yaşlı müğənni indiyə kimi 4 dəfə ailə həyatı qurub.

Ebru Gündəş ilk dəfə 16 yaşında Hamdi Vardar ilə izdivaca girib. İkinci evliliyi 2002-ci ildə baş tutub. Müğənni bu dəfə Ömər Durak adlı vəkilə ərə gedib.

Ebru Gündəşin üçüncü həyat yoldaşı özündən 9 yaş kiçik olan təbrizli iş adamı Rza Zərrab olub. Pulu başından aşan Rza Ebrunu yağ içində beyrək kimi bəsləyib. Zərrab Gündəşə o qədər pul xərcləyib ki, axırda müflis olaraq məhbus həyatı yaşayıb.

Rza həbsdən çıxandan sonra da Ebru onu rahat buraxmayıb. O, keçmiş ərindən külli miqdarda təzminat almağı bacarıb.

Ebru Gündəşin dördüncü əri özündən 12 yaş kiçik olan iş adamı Murat Osman Özdəmir olub. Cütlük ötən ilin fevralında Dubayda nikaha girib. Amma bu evlilik uzun sürməyib.

Türkiyə mətbuatı Ebrunun indi hansı kişini “qaraladığını” öyrənmək istəsə də, hələki bu barədə heç bir məlumat yoxdur. Məlum olan odur ki, Murat Osman Ebruya əməlli-başlı pul xərcləyib.

Ebru bir neçə gün əvvəl sosial şəbəkə hesabında şəkil paylaşıb. Sosial şəbəkə istifadəçiləri sənətçinin zinət əşyalarının qiymətini araşdıranda məlum olub ki, müğənninin taxdığı boyunbağılardan birinin qiyməti 150, ikincisinin qiyməti 40 min dollardır. Müğənni sırğaları 15 min, bilərziyinin birinin qiyməti 28, digərinin qiyməti isə 45 min dollardır.

Ebrunun qolundakı saat da ucuz deyil. Müğənni saatını 86 200 dollara alıb.

Ebrunun beşinci evliliyini kiminlə gerçəkləşdirəcəyi bu gün Türkiyədə ən çox maraq doğuran suallardan biridir. Həmin şəxsin var-dövləti başından aşan iş adamı olacağı heç kimdə şübhə doğurmur…

Bizə qoşulun