Medianews.az
Bu gün Novruzun ilk çərşənbəsidir
106 baxış

Bu gün Novruzun ilk çərşənbəsidir

Bu gün Azərbaycanda Novruz bayramının ilk çərşənbəsi – Su çərşənbəsi qeyd edilir.

Fevralın 24-ü ilin ilk çərşənbəsi kimi xalq arasında xüsusi əhəmiyyət daşıyır. Su çərşənbəsi ilə Novruza hazırlıq mərhələsi başlanmış sayılır.

Xalq inanclarına görə, ilk çərşənbə su ilə bağlıdır. Bu gün bəzi mənbələrdə “əzəli çərşənbə” və “gül çərşənbə” kimi də adlandırılır. Su çərşənbəsi təbiətin oyanışının başlanğıcı kimi qəbul edilir.

Novruz bayramı yaz fəslinin gəlişini simvolizə edir və yeni ilin başlanğıcı kimi dəyərləndirilir. Bu səbəbdən insanlar ilin su kimi saf və uğurlu keçməsini arzulayırlar. Ənənəyə görə, ilk tonqalın məhz Su çərşənbəsində qalanması qışın geridə qaldığını və buzların əriməyə başladığını ifadə edir.

Qeyd edək ki, bu il Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi martın 10-da, ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq. Yaz fəsli Azərbaycana martın 20-də saat 18:45:53-də daxil olacaq.

Bizə qoşulun