Medianews.az
Bu gün bu ərazidə
148 baxış

Bu gün bu ərazidə İŞIQ OLMAYACAQ

Dekabrın 18-də Culfa şəhərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Medianews.az xəbər verir ki, bu barədə Culfa Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, Culfa şəhərində elektrik enerjisinin verilişində 3 saatlıq fasilə olacaq.

Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 nömrəli (Neft bazası-FHN) və 7 nömrəli (Şəhər) hava xətlərində aparılacaq təmir işləri və yeni yarımstansiyaya qoşulma ilə əlaqədar saat 10:00-dan 13:00-dək şəhərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bizə qoşulun