Medianews.az
Bred Pitt ailəsində gərginlik böyüyür: Qızından yeni addım
156 baxış

Bred Pitt ailəsində gərginlik böyüyür: Qızından yeni addım

Hollivud ulduzu Bred Pitt ailə həyatı ilə bağlı iddialarla yenidən gündəmdədir. 

Demokrat.az xəbər verir ki, aktyorun keçmiş həyat yoldaşı Ancelina Coli ilə illərdir davam edən boşanma və qəyyumluq mübahisələrinin kölgəsində, uşaqlarının atalarının soyadından imtina etməsi prosesi davam edir.

Son məlumatlara görə, cütlüyün qızı Zahara Coli-Pitt məhkəməyə müraciət edərək soyadından "Pitt"in çıxarılmasını istəyib. Qərarın yaxın aylarda açıqlanacağı bildirilir.

Bu addım, artıq ailədə ilk deyil. Daha əvvəl digər övladlar da müxtəlif formalarda “Pitt” soyadından uzaqlaşdıqlarını göstərmiş, bəziləri isə rəsmi şəkildə dəyişiklik üçün müraciət etmişdi. Bu proses ailə daxilindəki gərginliyin ictimaiyyətə əks olunması kimi qiymətləndirilir.

Məlumata görə, Bred Pitt övladlarının bu qərarlarından emosional olaraq təsirlənsə də, onlarla münasibəti tamamilə kəsmək niyyətində deyil. O, yaxın ətrafına gələcəkdə uşaqlarının onu daha yaxşı anlayacağına ümid etdiyini bildirib.

Aktyor və Ancelina Coli 2016-cı ildə ayrıldıqdan sonra uzun müddət davam edən hüquqi proseslər və ailə mübahisələri ilə gündəmdə qalıblar. Bu gərginlik, illər keçsə də, uşaqların qərarlarına da təsir etməyə davam edir.

Bizə qoşulun