Medianews.az
 Boşanmış qadınların ən çox üz tutduğu estetik əməliyyat növü açıqlandı
76 baxış

Boşanmış qadınların ən çox üz tutduğu estetik əməliyyat növü açıqlandı

Boşanmadan sonra qadınların hansı estetik dəyişikliklərə üstünlük verdiyi ilə bağlı yeni məlumatlar diqqət çəkir. Müşahidələr göstərir ki, bu mərhələdə ən çox seçilən prosedur sinə böyütmə əməliyyatı olur.

Demokrat.az-ın məlumatına görə, bir çox qadın həyatında yeni səhifə açdıqdan sonra xarici görünüşündə də dəyişiklik etmək istəyir. Bu kontekstdə sinə estetikası həm fiziki, həm də psixoloji baxımdan “yenilənmə”nin simvolu kimi qəbul edilir və müraciətlərin böyük hissəsini təşkil edir.

Siyahıda növbəti yerlərdə rinoplastika dayanır. Burun korreksiyası uzun illərdir ən populyar estetik əməliyyatlardan sayılır və boşanmadan sonra özünü daha fərqli görmək istəyən qadınlar arasında da geniş yayılıb.

Bundan əlavə, üz və boyun nahiyəsində aparılan dartılma prosedurlarına maraq da artır. üz və boyun dartılması daha çox yaşlanma əlamətlərini azaltmaq və dərinin elastikliyini bərpa etmək məqsədi daşıyır. Müşahidələrə görə, stress və həyat tərzindəki dəyişikliklər bu tip müdaxilələrə tələbi gücləndirir.

Digər diqqət çəkən əməliyyat isə abdominoplastika hesab olunur. Qarın nahiyəsində artıq dəri və piy qatının götürülməsinə yönələn bu prosedur, adətən, daha fit görünüş əldə etmək istəyənlər tərəfindən seçilir.

Ümumilikdə, qeyd olunur ki, bu cür estetik müdaxilələr təkcə xarici görünüşlə bağlı deyil, eyni zamanda psixoloji rahatlıq və özünəinamın bərpası ilə də əlaqələndirilir.

Bizə qoşulun