Medianews.az
Boeing-in mühərriki yandı: Moskva–Pxuket reysi təcili eniş ETDİ
96 baxış

Boeing-in mühərriki yandı: Moskva–Pxuket reysi təcili eniş ETDİ

Domodedovo hava limanında təcili eniş edən təyyarə ilə bağlı əlavə məlumatlar yayılıb.

Bildirilir ki, insidentə ikinci mühərrikdə baş verən yanğın səbəb olub.

Göyərtədə olan 425 nəfərə təhlükə yaranmaması üçün ekipaj dərhal prosedurları işə salıb və təyyarə uğurla eniş edib. Hava limanı hadisəyə rəğmən fəaliyyətini tam normal rejimdə davam etdirir. Rəsmi qurumlar vəziyyətin nəzarət altında olduğunu, sərnişinlərin təhlükəsizliyinin tam təmin edildiyini bildirir. 

***

Musavat.com xəbər verir ki, Moskvanın Domodedovo hava limanında təcili eniş üçün hazırlıq görülür.

Red Wings aviaşirkətinə məxsus Boeing 777 təyyarəsi havaya qalxdıqdan dərhal sonra siqnalizasiya verib.

İlkin məlumata görə:

— Təyyarənin sol mühərriki alışıb;
— Alov ekipaj tərəfindən operativ şəkildə söndürülüb;
— Göyərtədə 412 sərnişin və 13 heyət üzvü var;
— Təyyarə hazırda yanacağı azaltmaq üçün Stupino üzərində dövrə vurur.

Domodedovo hava limanında yanğınsöndürmə və xilasetmə briqadaları artıq tam hazır vəziyyətə gətirilib. Rəsmi mənbələr vəziyyətin nəzarət altında olduğunu, ekipajın bütün prosedurları düzgün şəkildə yerinə yetirdiyini bildirir. 

Bizə qoşulun