Medianews.az
Bloger matçı izlədikdən sonra hücuma
59 baxış

Bloger matçı izlədikdən sonra hücuma məruz qaldı - FOTO

Meksikalı bloger Mercedes Roa, Fransanın Marsel şəhərində keçirilən əfsanələr matçını izlədikdən bir neçə saat sonra hücuma məruz qalıb.

Medianews.az xəbər verir ki, 25 yaşlı Roa matçdan sonra dostları ilə görüşüb. 

Gecə saatlarında dostlarından biri ən azı dörd yeniyetmə tərəfindən hücuma məruz qalıb. Roa dostunu qorumaq üçün davaya müdaxilə edib və yaralanıb. Hadisə yerinə gələn polis 3 şübhəlini saxlayıb.

Roa və dostu müalicə üçün xəstəxanaya aparılıb.

Qeyd edək ki, matçda Zinəddin Zidan, Didye Droqba, Robert Pires və Gerard Pike kimi ulduzlar iştirak edib.

Medianews.az

Bizə qoşulun