İstanbulda iki orta məktəb şagirdinin boş tapança ilə bir-birlərinə atəş açması böyük narazılıq yaradıb.
Medianews.az xəbər verir ki, hadisə məktəbin yaxınlığındakı boş ərazidə baş verib və həmin anlar mobil telefon kamerası ilə lentə alınıb.
Görüntülər sosial mediada yayıldıqdan sonra polis dərhal araşdırmalara başlayıb.
Esenyurt Rayon Polis İdarəsinin əməkdaşları görüntülərdəki şagirdlərin kimliyini müəyyən edib. Orta məktəb şagirdləri Mustafa T. və Miran Ç. saxlanılaraq Yetkinlik Yaşına Çatmayanlar Şöbəsinə aparılıb.
Araşdırma nəticəsində hadisədə istifadə edilən silahın boş tapança olduğu müəyyən edilib. Faktla bağlı hüquqi prosedurlar davam etdirilir.
Medianews.az