Medianews.az
Bir-biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR -
47 baxış

Bir-biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Azərbaycanlı məşhurlar arasında elələri var ki, onlar eyni universitetdə oxuyub, Ali təhsil alıblar. Bu barədə onlar ya televiziyada qonaq olarkən ya da saytlara müsahibələri zamanı açıqlama veriblər. Bəs görəsən 4 il kim kiminlə oxuyub?

Əməkdar artist Elton Hüseynəliyev və müğənni Səidə Sultan

Hər iki məşhur bir zamanlar qrup yoldaşı olub. Onlar eyni universitetdə oxuyublar. Bu barədə Elton verilişlərdən birində qonaq olarkən deyib. O univerditet illərində Səidə ilə daha çox bufetdə qarşılaşdığını bildirib.

Bir-biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Aparıcı Vüsalə Əlizadə və müğənni Günel Məhərrəmova

Günel Məhərrəmova aparıcı Vüsalə Əlizadə ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində qrup yoldaşı olub. Məşhurlar tələbəlik illərini birlikdə keçirsə də zaman-zaman onlar arasında soyuq münasibətlər olub. Lakin Günel açıqlama verərək bu soyuqluğunu bitdiyini deyib

"Vüsalə Əlizadə ilə aramızda kin-küdurət olmayıb. Biz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində birlikə təhsil almışıq, qrup yoldaşı olmuşuq. Vüsalə ilə indi də münasibətlərimiz yaxşıdır. Sadəcə bir vaxtlar aramızda küskünlük var idi. Nə mən onun, nə də o mənim toyuma gəlməyib. Küskünlük olsa da ürəyimiz, qəlbimiz hər zaman bir yerdədir".

Bir-biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Əməkdar artist Vahid Əliyev, Xalq artisti Gülşən Qurbanova və Əməkdar artist Azər Mirzəyev

Hər üç məşhur illər əvvəl eyni universitetdə Ali təhsil alıblar. Bu barədə aktyor Vahid Əliyev sağlığında qonaq olduğu "O üz" verilişində deyib:

"Azər Mirzəyev, Gülşən Qurbanova və mən qrup yoldaşı olmuşuq. Universitetdən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışdıq. Bir çox tamaşalarda tərəf müqabili olduq. Azər televiziyaya meyilli idi. Gülşənlə yaxşı dost idilər".

Bir-biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Əməkdar artist Əkbər Əlizadə və müğənni İzzət Bağırov

Sənətçi İzzət Bağırov bu barədə verilişlərdən birində danışıb. "Biz Əkbərlə qrup yoldaşı olmuşuq. Eyni zamanda da qohumuq. Onunla atam tərəfdən qohumluğumuz var" - deyə ifaçı bildirib.

Bir-biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Xalq artistləri Əli Nur və Yaşar Nuri

Məşhur aktyorlar Yaşar Nuri və Əli Nur bir zamanlar eyni Ali təhsil müəssisəsində oxuyublar. Bu barədə Əli Nur müsahibələrindən birində qeyd edib:

"Mən 1968-ci ilin sentyabrında Azərbaycan Xalq Təsərrüfatı İnstitunun ikinci kursundan Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinin birinci kursuna gəlmişəm. Qrup yoldaşlarımdan biri də Yaşar Nuriyev idi. Yaşar instituta gələndə artıq respublikada tanınan uşaq idi. Çünki o uşaqlığından televiziya kanallarında "Buratino" verilişinin aparıcısı idi. Biz qəbul olanda institutun tarixində qeyri-adi hadisə baş verdi".

Bir-biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Aparıcı Günel Hümbətova və müğənni Günay İbrahimli

Müğənni Günay İbrahimli bir zamanlar aparıcı Günel Hümbətova ilə qrup yoldaşı olub.

Bu barədə Günay ilk dəfə "MTV Azərbaycan"da yayımlanan "3 canlı" verilişində bildirib. Bir zamanlar məşhur ikili arasında soyuq münasibətlər yaşansa da Günay artıq əlaqələrinin yaxşı olduğunu deyib.

"Günel Hümbətova ilə barışmışam. Onunla qrup yoldaşı olmuşuq" -deyə sənətçi vurğulayıb.

Bir-biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Xalq artisti Arif Quliyev və Əməkdar artist Yaqut Abdullayeva

Bu məşhurlar illər əvvəl eyni universitetdə Ali təhsil alıblar. Onlar Musiqili Komediya aktyorluğu fakültəsində oxuyublar./BAKU.WS 

Bir-biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Bizə qoşulun