Medianews.az
Bir ay gözündə 11 santimetrlik qurdla gəzdi -
290 baxış

Bir ay gözündə 11 santimetrlik qurdla gəzdi - VİDEO

Rumıniyada 26 yaşlı qadın bir ay gözündə 11 santimetrlik qurdla gəzib.

Medianews.az xəbər verir ki, zərərçəkmiş göz qapağının altındakı hissdən şikayət edərək xəstəxanaya gedib.

Həkimlər xəstənin gözünü müayinə edərək yuxarı göz qapağının altında 11 santimetr uzunluğunda canlı qurd aşkar ediblər. Həkimlər qurdu çıxarıblar.

Onlar parazitin Dirofilaria repens növünə aid olduğunu və pişik və it saxlayan insanlarda rast gəlindiyini qeyd ediblər. Bildirilir ki, qadının iti var. Dirofilaria repens sürfələrini ağcaqanadlar dəriyə qondurur. Onlar dişləmə yerində yatırılır, burada qurdlara çevrilirlər.

Medianews.az

Bizə qoşulun