Medianews.az
Binədə marketlərə qənim kəsilən şəxs ələ keçdi
140 baxış

Binədə marketlərə qənim kəsilən şəxs ələ keçdi

Paytaxtın Xəzər rayonunda silsilə oğurluq hadisələri baş verib.

Medianews.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda Binə qəsəbəsi ərazisində yerləşən dörd marketi talayıb:

"Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı N.Cəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun gecə saatlarında marketlərin qapılarını sındıraraq içəri daxil olduğu və obyektlərdən nağd pul, tütün, eləcə də digər məhsulları taladığı məlum olub. Araşdırma aparılır".

Bizə qoşulun