Medianews.az
Bayramov Azovda vurulan
97 baxış

Bayramov Azovda vurulan gəmilərdən danışdı

Azərbaycan hər zaman savaşın dayanması, onun diplomatik və siyasi həllinin tapılması, ən azı iki mərhələdə - atəşkəsə nail olmaq, uzunmüddətli sülhün əldə olunmasınn önəmini qeyd edir. Təəssüf ki, Rusiya-Ukrayna münaqişəsinin coğrafiyasının genişləndiyinin şahidi oluruq.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu özünü Qara dəniz hövzəsində açıq büruzə verir və faciəvi təsirlərini hər gün izləyirik:

"İki yük gəmisinə dron hücumu nəticəsində 4 vətəndaşımız həlak olub, dördü yaralanıb. Savaş davam etdikcə aydın olur ki, heç kim belə hallardan sığortalanmayıb. Hərbi münaqişələrin dayandırılması önəmlidir, əks halda münaqişə tərəfləri üçün böyük fəlakətlər gətirir, eyni zamanda qonşu və region ölkələri üçün qlobal mənada ciddi təhdid yaradır.

Bir daha Azərbaycan vətəndaşları və eyni zamanda digər qardaş ölkə vətəndaşlarına müraciət edirəm ki, hərbi münaqişə zonalarından uzaq dursunlar, təhlükəsizlik tədbirlərinə ciddi riayət etsinlər"./axar.az

Bizə qoşulun