Medianews.az
Ərdoğan:
102 baxış

Ərdoğan: "Yaxın vaxtda nəticə əldə etməliyik!"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin nizamlanması prosesində yaxın vaxtlarda konkret nəticələrin əldə olunmasının vacibliyini bəyan edib.

Medianews.az xəbər verir ki, Türkiyə lideri tərəfləri dialoqa çağırıb: "Xüsusilə vurğulamaq istəyirəm ki, yaxın gələcəkdə Rusiya-Ukrayna müharibəsinin dialoq yolu ilə nizamlanmasında konkret nəticələrə nail olmalıyıq".

Ərdoğan həmçinin qeyd edib ki, Ankara münaqişənin hər iki tərəfi ilə aktiv dialoq saxlayır və onların etibarından yararlanaraq sülh prosesinə yaxından töhfə verməkdə davam edəcək.

Medianews.az

Bizə qoşulun