“Universidad Central”ın və Venesuela gənclər millisinin mərkəz hücumçusu İmvert Berroteran vətənində baş verən zəlzələ nəticəsində həlak olub.
Medianews.az xəbər verir ki, bu barədə Venesuela Futbol Federasiyası məlumat yayıb.
“Venesuela futbolu ölkəmizin rənglərini qürur, sədaqət və sevgi ilə qoruyan bir gənclə dərin kədərlə vidalaşır. Onun ölümü bütün “Vinotinto” ailəsini kədərə qərq etdi və həm meydanda, həm də meydandan kənarda onunla anlar yaşayan hər kəsin qəlbində unudulmaz bir iz buraxdı.
Bu dərin kədər saatında onun ailəsinə, dostlarına, komanda yoldaşlarına, məşqçi heyətinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. İmvert, sənin nurun hər bir “Vinotinto”lunun qəlbində parlamağa davam edəcək. Ruhu şad olsun”, – idman qurumu vida bəyanatında yazıb.
2025/26 mövsümündə Berroteran 18 yaşında “Universidad Central”ın əsas komandasında debüt edib və üç oyun keçirib. 18 yaşlı hücumçu Karakas klubu ilə 2025-ci ildə Venesuela Kubokunu başı üzərinə qaldırıb.//Publika.az