Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
Medianews.az xəbər verir ki, müraciətdə deyilir:
"Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü münasibətilə bütün vətəndaşları səmimi qəlbdən təbrik edir, hər birinizə xoş, təhlükəsiz və sevincli bayram günləri arzulayır.
Bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağını nəzərə alaraq, bütün hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırırıq.
Paytaxtı tərk edərək bölgələrə üz tutan sürücülərdən xahiş olunur ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə idarə etsin, sürət həddinə ciddi riayət etsin və yorğun halda sükan arxasına əyləşməsinlər. Uzun məsafəli səfərlər zamanı diqqətin azalması ağır nəticələrə səbəb ola bilər.
Sürücülər ötmə və manevr qaydalarına əməl etməli, təhlükəli davranışlardan çəkinməli və digər hərəkət iştirakçılarına qarşı diqqətli olmalıdırlar.
Piyadalar isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, xüsusilə intensiv hərəkət olan yollarda öz həyatlarını riskə atmamalıdırlar.
Unutmayaq ki, təhlükəsiz yol — ən gözəl bayram hədiyyəsidir. Bayram sevincinizi qorumaq isə sizin düzgün seçimlərinizdən asılıdır".