ABŞ-də Konnors kollecinin 20 yaşlı basketbolçu Itan Diç matç zamanı başından aldığı xəsarətdən dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, faciə noyabrın 22-də Texas ştatının Denison şəhərində baş verib.
Basketbolçu Qreyson kolleci ilə qarşılaşma zamanı kəllə-beyin travması alıb, O, 3 gün sonra xəstəxanada ölüb.
Kollec rəhbərliyi basketbolçunun ailəsinə başsağlığı verib.
Onlar kişi və qadın komandaları üçün qarşıdan gələn bir neçə oyunu ləğv ediblər.
Medianews.az