Medianews.az
“Bakubus” avtobusu yolda qaldı -
242 baxış

“Bakubus” avtobusu yolda qaldı - VİDEO

Bakı küçələrinin yağış suları ilə dolması ictimai nəqliyyatın hərəkətini də iflic edib. 

Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, belə hadisələrdən biri Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.

“Bakubus”a məxsus olan iritutumlu BMC markalı avtomobil Şəhər şosesinin su basmış hissəsində qalıb.

Avtobusda texniki nasazlığın yarandığı və bu səbəbdən hərəkətinə davam edə bilmədiyi bildirilib.

Ərazidən görüntüləri təqdim edirik:

Bizə qoşulun