Medianews.az
Bakıda yeraltı keçiddə eskalator QIRILDI -
179 baxış

Bakıda yeraltı keçiddə eskalator QIRILDI - Xəsarət alanlar var

Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində bir neçə şəxs xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 18 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Müşfiq küçəsi, İncəsənət Gimnaziyası yaxınlığından təcili çağırış daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) Kliniki Tibbi Mərkəzə təxliyə olunub", - məlumatda qeyd olunub.

Bizə qoşulun