Medianews.az
Bakıda taksilərə avtobus zolaqlarından istifadə hüququ veriləcək?
188 baxış

Bakıda taksilərə avtobus zolaqlarından istifadə hüququ veriləcək?

"Bakıda taksilərin xüsusi avtobus zolaqlarından istifadəsinə icazə verilməsi vacibdir".

Oxu.Az-ın məlumatına görə, bunu deputat Vasif Qafarov parlamentin bugünkü iclasında deyib.

Millət vəkili bildirib ki, "Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksilər ictimai nəqliyyat vasitəsi sayılır və beynəlxalq təcrübədə bu model geniş şəkildə tətbiq olunur:

"Təklif edirəm ki, Bakı şəhərində rəsmi platformalarda qeydiyyatda olan taksilərə avtobus zolaqlarından istifadə hüququ verilsin. Bu addım nəqliyyatın intellektual idarə olunmasını gücləndirəcək, tıxac yükünü azaldacaq və vətəndaş məmnunluğunu artıracaq".

Bizə qoşulun