Medianews.az
Bakıda iş saatları dəyişəcək... -
133 baxış

Bakıda iş saatları dəyişəcək... - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə nəqliyyat yükünü azaltmaq və ictimai nəqliyyat sisteminin effektivliyini artırmaq məqsədilə iş qrafikinin dəyişkən rejimdə təşkili ilə bağlı mühüm addımların atılacağı deyilsə də, hələ xüsusi icraat müşahidə edilmir. İnsanların eyni vaxtda yollara axışmasının qarşısını almaq və nəqliyyat sistemində yaranan sıxlığın azalacağı ilə bağlı uzun illərdir aparılan müzakirə reallaşmamış qalır. 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, bu, hökumətin baxacağı məsələdir:

Musa Quliyev: “Əvvəllər ildə 150-160 min uşaq doğulurdusa, indi bu rəqəm  100-110 minə düşüb” Pravda.az

“İş qrafiki sisteminin sürüşkən qrafik formasına salınması tıxacları azalda, bəzi sahələrin şənbə, bazar işləməsi insanlarımızın xidmətlərdən istifadəsi üçün geniş imkan yarada bilər. Bu məsələni ilk qaldıranlardan biri də mən olmuşam. Sürüşkən iş qrafiki xüsusilə məktəblərlə bağlı ola bilər. Bütün məktəblərdə dərslər eyni saatda başlamaya bilər. Bununla tıxacların azalması mümkündür. İstənilən sahədə iş qrafikini dəyişmək olar, sadəcə, bunun üçün qərar qəbul edilməlidir. Dövlət sektorunda hökumətin qərarı olmalıdır, özəl sektora da tövsiyə verilməlidir. İş qrafiki elə tənzimlənməlidir ki, onların da işlərinin həm məhsuldarlığı, həm də ahəngi pozulmasın. Bu seçimi sərbəst vermək lazımdır. İlk mərhələdə təşəbbüslər göstərildi, banklarda biz bunu hiss etdik. İş saat 09:00-da deyil 10:00-da başladı. 18:00-da deyil, 17:00-da işi bitirdilər. Bəzi özəl məktəblərdə də hiss etdik. Ancaq daha sonra görə bilmədik”.

 M.Quliyevin sözlərinə görə, uzun illərdir müzakirə edilən məsələnin reallaşmasında maneə yoxdur: “Sadəcə kimsə işlədiyi və vərdiş etdiyi qrafikdən çıxmaq istəmir. Bu məcburi deyil, tövsiyə xarakterli olmalıdır. Məcburi etmək müəyyən qədər başqa məsələlərə təsir göstərə bilər. Hökumətin hansısa qərarı olarsa bunun təbliğatı, tapşırıqları da olacaq”.

Bizə qoşulun