Noyabrın 27-də Bakıda 32 yaşlı Sərvan Kərimovun itkin düşdüyü bildirilir.
Medianews.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat verib.
Qeyd olunub ki, 32 yaşlı gəncin NZS qəsəbəsində yaşadığı evdən çıxaraq "Xalqlar Dostluğu" metrostansiyası istiqamətinə gedən 30 saylı avtobusa minib.
Valideynlərinin sözlərinə görə, S.Kərimov əqli cəhətdən qüsurludur. Evdən çıxanda əynində boz köynək və əlində oyuncaq olub.
S.Kərimovla bağlı hər hansı məlumatı olan şəxslərdən 055 339 11 69 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, itkin düşmə kimi axtarışı elan edilən 32 yaşlı şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür./Oxu.az
