Medianews.az
Bakı-Şamaxı-Yevlax yolunun sürücüləri çaşqın haldadır -
93 baxış

Bakı-Şamaxı-Yevlax yolunun sürücüləri çaşqın haldadır - AYNA-dan AÇIQLAMA

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 111-ci kilometrliyində eyni xəbərdaredici nişanlardan iki ədəd ardıcıl yerləşdirilib ki, bu da bəzi sürücülərdə çaşqınlıq yaradır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda ölkənin magistral yollarında köhnə və istismar müddəti bitmiş nişanlar yenilənir:

"Yeni nişanlar yüksəkliyi, ölçüsü və işıqqaytarma qabiliyyəti baxımından standartlara cavab verir. Quraşdırma və köhnə nişanların götürülməsi işlərini fərqli qruplar həyata keçirdiyi üçün bəzi yerlərdə müvəqqəti olaraq nişanların təkrarlanması halları müşahidə olunur".

Bizə qoşulun