Ankarada bir qrup uşağın həmyaşıdına qarşı zorakılıq etdiyi iddia olunur.
Medianews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə təxminən 10 nəfərlik uşaq qrupunun gündüz saatlarında başqa bir uşağı ağaca bağladığı əks olunub.
Kadrlarda zərərçəkən uşağın alçaldıcı davranışlara məruz qaldığı iddia edilir.
Mobil telefon kamerası ilə çəkilən görüntülərdə uşağa un və yumurta atıldığı, həmçinin təhqir edildiyi görünür. Hadisə qısa müddətdə sosial mediada geniş rezonans doğurub və ictimai qəzəbə səbəb olub.
Məsələ ilə bağlı polis araşdırmaya başlayıb. Hadisədə iştirak edən uşaqların kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görüldüyü bildirilir.
Faktla bağlı araşdırma davam edir.
Medianews.az