Medianews.az
Azərbaycanlı sürücü təsadüfən oğlunu maşınla vurub öldürdü
152 baxış

Azərbaycanlı sürücü təsadüfən oğlunu maşınla vurub öldürdü

Rusiyada azərbaycanlı sürücü oğlunu təsadüfən avtomobillə vuraraq öldürüb.

Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə Dağıstanda qeydə alınıb.

Beynəlxalq yükdaşımaları həyata keçirən Sabirabad rayonunun Çağırğan kənd sakini Şamil Şirinov idarə etdiyi iritonnajlı yük avtomobilini geriyə sürərkən 37 yaşlı oğlu, Camil Şamil oğlu Şirinov iki avtomobilin arasında qalaraq faciəli şəkildə ölüb.

Şamil Şirinov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, ata və oğul hər ikisi beynəlxalq yükdaşıma həyata keçiriblər. Qəza zamanı onlar istirahət etmək üçün dayanıblarmış.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun