Azərbaycanlı model Ləman İlon Maskın anası Maye Musk "Bloomberg" jurnalının üz qabığında yer alıb.
Milli.Az xəbər verir ki, model Ləman İlon Maskın anası, tanınmış sahibkar və model Maye Musk məşhur "Bloomberg" jurnalının üz qabığında təqdim olunub.
Maye Musk bununla öz şəxsi Instagram hesabında paylaşaraq izləyiciləri ilə bölüşüb. Onun jurnal üçün verdiyi müsahibə və çəkilişlər moda və liderlik mövzularını əhatə edib.
Ləman isəpaylaşımınan bu qeydi yazıb:
"Hər bir qadın üçün öz səsini tapmaq və ondan istifadə etmək. İki qadın. İki nəsil. Bir ortaq missiya - göstərmək ki, güclü və ilhamverici liderlik üçün yaş heç bir məhdudiyyət deyil. Bu xüsusi müsahibədə özünə sadiq qalmaq, çətinliklərdən inkişaf etmək və məqsədlə rəhbərlik etmək mövzularında danışırıq. Maye Musk ilə moda və digər sahələrdə yaşadığımız hekayələri paylaşdıq".



