Azərbaycanlı iş adamı Vidadi Mustafayev Yekaterinburqda saxlanılıb.
Medianews.az Teleqraf-a istinadən xəbər verir ki, V. Mustafayev təxminən iki saat əvvəl məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat zamanı tutulub. O, dələduzluqda şübhəli bilinir.
Məlumata görə, V.Mustafayev torpaq alqı-satqısında yol verilən maxinasiya işləri ilə bağlı saxlanılıb.
Mustafayev üç ay əvvəl Uralda regional azərbaycanlı icmasının rəhbəri təyin edilib. Daha öncə bu vəzifədə hazırda həbsdə olan Şahin Şıxlinski çalışıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
