Azərbaycanın Ermənistana satdığı benzin – Məlum və naməlum olanlar
Bakıdan yük qatarı Ermənistana neçə saata çatıb? Maraqlı olmasından əlavə, iqtisadiyyat üçün yolun oynadığı rol haqqında da fikirləri genişləndirir.
Təqribən hansı məlumatları bilirik?
18 dekabr 2025-ci ildə Biləcəridən günün birinci yarısı çıxan 22 çən tipli vaqondan ibarət ADY-nin yük qatarı saat 21-də Böyük Kəsik stansiyasına çatıb.
4 saat yoxlandıqdan və gömrük prosedurları həyata keçirildikdən sonra Gürcüstan sərhədini keçib.
Gürcüstan ərazisini qatar hansı müddətə keçib? Bunu qonşu ölkənin KİV-lərinə görə müəyyənləşdirmək olmur.
Ermənistan KİV-ləri isə 19 dekabr saat 13 radələrində ölkənin iqtisadiyyat naziri Gevork Papayana istinadən bildirib ki, "bu dəqiqələrdə Azərbaycan benzini yüklənmiş vaqonlar sərhədi keçir".
Saat 16.30 radələrində isə Ermənistan KİV-i yükün mənzil başına çatdığını yazıb.
Artıq Azərbaycandan benzini alan şirkətin adı məlub olub. Bu, Ermənistanın hakim partiyasından olan deputat Sukiasyanın ailə biznesinə aid "MEGA Trade" şirkətidir. Yerli medianın yazdığına görə, Azərbaycan benzini "RAN Oil" YDM şəbəkəsi vasitəsi ilə satılacaq.
Bəs nəyi bilmirik?
Azərbaycan tərəfdən benzini satan şirkət hansıdır? SOCAR benzinin istehsalçısıdır, amma Ermənistana satılan benzinin sahibi deyil.
İlham Şaban,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri