Azərbaycan Ermənistana neft məhsullarının ixracını həyata keçirir. Bu gün Azərbaycandan neft çənlərindən ibarət qatar Gürcüstan ərazisindən Ermənistana daxil olur.
Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi olmadan neft və yanacaq tədarükü ilə bağlı razılaşma ilk növbədə siyasi proseslərdən irəli gəlir.
Ermənistan Rusiyadan neft məhsullarını azaldır. Bununla da Rusiyanın Ermənistandakı seçkilərə təzyiqləri xeyli dərəcədə neytrallaşmış olacaq. Həmçinin bu hadisə gələn yay Ermənistanda keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyanın əlini gücləndirir. O, artıq Azərbaycanla sülh olduğunu əyani şəkildə bəyan edə biləcək.
Azərbaycanın Ermənistana neft məhsullar göndərməsi Moskva və Tehranda "yanğına" səbəb olacaq.
Neft məhsullarının ixracının Ermənistana həyata keçirilməsi İranın da mövqeyini zəiflətmək istiqamətində mühüm addımdır. Azərbaycan Ermənistanı həm Rusiyanın, həm də İranın buxovundan çıxarır. İndi real və müstəqil Ermənistan formalaşması məhz Azərbaycanın hesabına olacaq. Ermənilərin bunu qiymətləndirməməsi mümkün deyil. Paşinyan real və praktiki addımlar atır. Azərbaycan və Türkiyə artıq Rusiyanın Ermənistanda təxribatlarını önləməlidir. Bununla bağlı Paşinyan daxildə təmizləmə siyasəti aparır.
Azərbaycan çalışır ki, Paşinyan hakimiyyətdə qalsın. Həmçinin Türkiyə ilə Ermənistan arasında yaxın aylarda sərhədlərin açılması gözlənilir.
Məhəmməd Əsədullazadə,
siyasi şərhçi