Medianews.az
Azərbaycanda qadın sənətçi buna görə həbs olunubmuş -
148 baxış

Azərbaycanda qadın sənətçi buna görə həbs olunubmuş - Sui-qəsd ittihamı - VİDEO

O, kimsəsiz rus qadınlara yuxu dərmanı verib evini əlindən alan qrupa qoşulmağa görə 7 il həbs yatdı, bacısını uşaq oğurluğunda ittiham etdi... 

Oxu24.com  xəbər verir ki, Rəhilə İbadova 1951-ci il sentyabrın 20-də Bakı anadan olub. 1986-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. "Tık-tık xanım", "Cırtdan" və bir çox nağıl qəhrəmanlarını oynayıb. Deyilənə görə, uzun illər həmin teatrda onun oynadığı rollar heç kimə verilməyib. Lider TV-də dublyaj olunan cizgi filmlərinin səsləndirilməsində iştirak edib, "Adam ol" filmində rol alıb.

Uşaqlıq illəri “Sovetski”də keçən aktrisa çox erkən - 16 yaşında ərə gedir. Aktrisa tez ailə qurması barədə belə deyir: “O vaxtı elə idi. Qızın on altı yaşı olanadək ərə getmirdisə, deyirdilər, evdə qalıb. Özüm də onda kök idim, böyük görsənirdim.”

Rəhilə İbadovanın beş uşağı dünyaya gəlir. 1999-cu ildə isə aktrisanın həyat yoldaşı vəfat edir.

2006-cı ildə heç kimin gözləmədiyi halda tənha qocaların etibarından sui-istifadə edərək, onları aldadıb mənzillərini ələ keçirməkdə təqsirləndirilir və Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilir.

Bizə qoşulun